Azərbaycanda “erkən böyüməyə” məcbur qalanlar: Minlərlə şəxs uçurumun astanasındadır - RƏSMİ

Azərbaycanda “erkən böyüməyə” məcbur qalanlar: Minlərlə şəxs uçurumun astanasındadır - RƏSMİ
Sosial 186

Bu ilin altı ayında daxili işlər orqanlarına gətirilən yetkinlik yaşına çatmayanların sayı açıqlanıb.

BAKU.WS xəbər verir ki, Dövlət Statistika Komitəsindən “oxu.az”ın sorğusuna cavab olaraq bildirilib ki, bu rəqəm 2 300 nəfər təşkil edib.

Gətirilənlərin 291-i qızlar, 2 009-u isə oğlanlardır ki, onların 860-ı 14 yaşadək, 1 440-ı isə 14-17 yaşda olanlardır.

Komitədən verilən məlumata görə, daxili işlər orqanlarına gətirilən yetkinlik yaşına çatmayanların 338 nəfəri məşğulluğu olmayan, 342 nəfər isə təhsildən yayınanlardır.

Eyni zamanda qeyd edilib ki, həmin şəxslərdən 22-si spirtli içki və başdumanlandırıcı, üçü narkotik vasitələr və psixotrop maddələr qəbul edənlər, 46 nəfəri valideyn himayəsindən məhrum olanlar, doqquz nəfər atılmışlar və ya imtina edilmişlər, 160 nəfər dilənçilik edənlər, 15 nəfər küçələrdə işləyənlərdir.

267 nəfər İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyətə cəlb olunanlardır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident nazir Sahil Babayevi qəbul edib

Prezident nazir Sahil Babayevi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...

13649 Sosial 16:25 16 mart 2020

Son xəbərlər