Azərbaycanda ən yaşlı seçicilər səs verəcəklər: Birinin 134, birinin 109 yaşı var - FOTO
21
avq
2024
17:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkisi keçiriləcək.
BAKU.WS modern.az-a istinadən xəbər verir ki, Azərbaycanın bu səsvermədə ən yaşlı seçicisi 1890-cı il təvəllüdlü Tamam Əli qızı Əzizovadır. Tamam Əzizova 78 saylı Lənkəran kənd seçki dairəsində qeydiyyatdadır. O, Lənkəranın Digah kəndində yaşayır.
Azərbaycanda ən yaşlı kişi seçicinin isə 109 yaşı var. 1915-ci il təvəllüdlü Hilal İsa oğlu İbrahimov 29 saylı Sabunçu dördüncü seçki dairəsinin 37 saylı məntəqə seçki komissiyasının seçici siyahısındadır.
Oxşar xəbərlər
Saat 16:00-dək media nümayəndələrindən bir müraciət qeydə alınıb - Mətbuat Şurası
Saat 16.00-dək səsvermə prosesini işıqlandıran media vasitələrinin təmsilçilərindən Mətbuat Şurasının telefon nömrələrinə cəmi bir müraciət qeydə alınıb. BAKU...