Azərbaycanda dövlət xətti ilə kirayə verilən mənzillərin sayı 850-ni keçib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu 34 251 borcalana 1 826,711 milyon manat məbləğində ipoteka krediti verib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 231,27 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verib, 852 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.
Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.
Oxşar xəbərlər
Kreditlə ev almaq istəyənlərin NƏZƏRİNƏ: Mənzil bazarında qiymətlər necədir? - ARAŞDIRMA
Özümüzü ən yaxşı və rahat hiss etdiyimiz məkan, sözsüz ki, evimizdir. İstər tək və sakit həyat tərzi keçirmək istəyənlər, istər yeni evli cütlüklər, istərsə də...