Azərbaycanda daha 50 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 50 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 654 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 528 nəfər müalicə olunaraq sağalıb, 9 675 nəfər vəfat edib. 451 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 499, bu günə qədər isə ümumilikdə 6 679 287 test icra olunub.
Oxşar xəbərlər
Azərbaycanda son sutkada COVİD-19-a yoluxanların sayı açıqlandı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qəra...