Azərbaycanda COVID-19-un qurbanına çevrilən jurnalistlər - FOTO

Azərbaycanda COVID-19-un qurbanına çevrilən jurnalistlər - FOTO
Sosial 319

Azərbaycanda COVID-19 virusuna bu günə kimi 178,986 nəfər yoluxub. Təəssüflər olsun ki, onlardan 1,966 nəfər koronavirusa məğlub olaraq qurbana çevrilib.

BAKU.WS xəbər verir ki, pandemiya şəraitində həyatını itirənlər arasında mətbuat nümayəndələri də var.

COVID-19 qurbanına çevrilən tanınmış jurnalistlər bunlardır:

Azərbaycanda COVID-19-un qurbanına çevrilən jurnalistlər - FOTO

AzTV-nin İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Nemətzadə Samir.

Azərbaycanda COVID-19-un qurbanına çevrilən jurnalistlər - FOTO

Məşhur azərbaycanlı fotomüxbir, "Tərəqqi" dövlət mükafatına layiq görülmüş əməkdar incəsənət xadimi Fərman Bağırov.

Azərbaycanda COVID-19-un qurbanına çevrilən jurnalistlər - FOTO

“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əməkdaşı, Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Babayev.

Azərbaycanda COVID-19-un qurbanına çevrilən jurnalistlər - FOTO

İctimai Televiziya və Radio Yayımları Şirkətinin redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu.

Azərbaycanda COVID-19-un qurbanına çevrilən jurnalistlər - FOTO

Hərbi jurnalist, "AZERI DEFENCE" jurnalının və azeridefence.com saytının təsisçisi və baş redaktoru Rəşad Süleymanov.

Qeyd edək ki, mart ayından bu yana dünyada koronavirusa yoluxma və ölüm saylarını şəffaf olaraq paylaşan 56 ölkədə 489 jurnalist COVID-19-dan vəfat edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər