Azərbaycanda COVID-19-a üç dəfə yoluxan şəxs var
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanda koronavirus infeksiyasına ikinci dəfə yoluxma faktları qeydə alınıb. Hətta 1 nəfərdə üçüncü dəfə yoluxma halını şəxsən müşahidə etmişəm”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov “Stasionar şəraitdə COVID-19” mövzusunda danışarkən deyib.
O qeyd edib ki, xəstənin virusu necə keçirəcəyi bədənin ümumi vəziyyəti, immun sistemi, virus yükünün nə qədər olması və digər hallardan asılıdır: “Dünya statistikasında birinci dəfə xəstəliyi yüngül keçirən, ikinci dəfə vəfat edən şəxslər var. Həmçinin ilk dəfə ağır, növbəti dəfə xəstəliyi yüngül keçirənlər də olub".
R.Qasımov bildirib ki, COVID-19-a yoluxan şəxslərdə virus yükü nə qədər az olsa, xəstəliyi rahat keçirər: “Virus orqanizmə nə qədər çox daxil olarsa, o şəxslər xəstəliyi daha ağır keçirir”.
Oxşar xəbərlər
Azərbaycanda vaksinasiya ilə bağlı bütün suallara aydınlıq gərtirildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vaksinasiya ilə bağlı suallara aydınlıq gətirib. BAKU.WS həmin məsələləri təqdim edir: 1.Vaksin nədir? Vaksin...