Azərbaycanda COVİD-19-a gündəlik yoluxma 5000-ə yaxınlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 943 yeni yoluxma faktı qeydə alınıb, 1 587 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 656 284 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 624 259 nəfər müalicə olunaraq sağalıb, 8 720 nəfər vəfat edib. 23 305 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 204, bu günə qədər isə ümumilikdə 6 149 156 test icra olunub.
Oxşar xəbərlər
Azərbaycanda COVID-19-a gündəlik yoluxma 3500-ü ötdü
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 564 yeni yoluxma faktı qeydə alınıb, 1 004 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operati...