Azərbaycanda bu universitetin fəaliyyəti dayandırılacaq
29
fev
2024
16:49
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Naxçıvan" Universiteti fəaliyyətini dayandıracaq.
BAKU.WS xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, ali təhsil müəssisəsinin builki son kurs tələbələri müvafiq qaydada məzun olacaqlar:
"Aşağı kurs tələbələri isə başqa universitetlərə köçürüləcək. Yəni tələbənin balı yüksəkdirsə, digər ali təhsil müəssisələri onun qəbul olduğu ildəki qəbul balına görə transfer edə bilər. Aşağı nəticəli tələbələr isə yaşayış yerinə yaxın universitetlərə köçürüləcək".
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...