Azərbaycanda bu şəxslərin pensiyası daha çox hesablanacaq - VİDEO

Əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsinə dair prinsip müəyyənləşir.
Bu, "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Yeniliyə əsasən, əmək pensiyasının avtomatlaşdırılmış qaydada bir növdən başqa növə keçirilməsi əmək pensiyaçısının daha yüksək məbləğdə hesablanmış digər növ əmək pensiyasına hüququ yarandıqda həyata keçiriləcək.
Həmçinin hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 70 faizi həcmində əmək pensiyasının ödənilməsi təklif olunur.
Bundan başqa, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldığı gündən təyin olunacaq.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Xəzər Xəbər"ə bildirib ki, təklif olunan dəyişikliklər arasında hərbi qulluqçuların müvafiq təminat xərcliyinin 10 faiz artırılması da var.
Qeyd edək ki, ölkədə pensiyaçilarin 90%-i sosial sigorta əsasli pensiya alir.
Oxşar xəbərlər
Azərbaycanın sığorta sektoru: Ötən ilə baxış, cari ildən gözləntilər
2023-cü il Azərbaycanın sığorta sektoru üçün yaddaqalan il oldu. Başlayaq ondan ki, “Sığorta fəaliyyəti haqqında” qanun il ərzində bir neçə dəfə dəyişdi. Bununl...
