Azərbaycanda bu şəxslərin də maaşı artırıldı - SİYAHI

Azərbaycanda bu şəxslərin də maaşı artırıldı - SİYAHI
Sosial 116
Azərbaycanda tibb sahəsində bir neçə qurumun işçilərinin maaşı artırılıb.BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Novruz Məmmədov “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərara dəyişiklik edib.Dəyişikliyə əsasən, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.Qeyd edək ki, dəyişiklik “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019- cu il 18 iyun tarixli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə edilib.Qərar sentyabr ayının 1-dən qüvvəyə minəcək.
Azərbaycanda bu şəxslərin də maaşı artırıldı - SİYAHI
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sentyabrın 1-dən bu işçilərin də maaşları artacaq - SİYAHI

Sentyabrın 1-dən bu işçilərin də maaşları artacaq - SİYAHI

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri İdarəsinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.B...

15301 Sosial 11:35 13 avqust 2019

Son xəbərlər