Azərbaycanda bu şəxslərə pulsuz mənzillər verilir

Azərbaycanda bu şəxslərə pulsuz mənzillər verilir
Açıqlama
Sosial 209

"Mənzil Məcəlləsində nəzərdə tutulan dəyişikliklər dövlət tərəfindən sosial həssas qrupların mənzil təminatının davam etdirilməsini nəzərdə tutur. Azərbaycanda mövcud qanunvericiliyə əsasən bir sıra kateqoriyalara daxil olan vətəndaşlar dövlət tərəfindən pulsuz mənzillərlə təmin edilir".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Milli məclisin Əmək və sosial siyasət komitəsinin üzvü əlavə edib ki, bu kateqoriyaya ilk növbədə şəhid ailələri, qazilər, birinci qrup əlillər və Çernobıl qəzası nəticəsində əlilliyi olan şəxslər daxildir. Həmin mənzillər dövlət büdcəsi hesabına tikilərək və ya alınaraq bu ailələrə təqdim olunur.

Vüqar Bayramov qeyd edib ki, mənzil probleminin həlli üçün ölkədə güzəştli və sosial mənzil mexanizmləri də tətbiq edilir:

"Bu çərçivədə vətəndaşlara münasib şərtlərlə mənzil əldə etmək imkanı yaradılır. Sosial mənzil layihələri təkcə paytaxtla məhdudlaşmır. Artıq Bakı ilə yanaşı, regionlarda da yeni yaşayış binaları tikilir və vətəndaşlara təklif olunur. Məqsəd daha çox ailənin mənzil problemini həll etməkdir.

Tətbiq olunan mexanizmlərdən biri də "kirayə yolu ilə mənzilə sahib olma" modelidir. Bu sistemə əsasən vətəndaşlar əvvəlcə dövlətdən mənzili kirayə götürür, müəyyən müddət ərzində ödəniş etdikdən sonra isə həmin mənzil onların mülkiyyətinə keçir.

2026-cı ildə dövlətin əsas prioritetlərindən biri sosial mənzil proqramlarının genişləndirilməsi olacaq. Bu istiqamətdə həm yeni mənzillərin sayının artırılması, həm də dövlət büdcəsindən daha çox vəsait ayrılması nəzərdə tutulur".

Orxan Hüseyn

Son xəbərlər