Azərbaycanda bu məktəb hər an uça bilər - VİDEO
60 ilə yaxındır tikilib istifadəyə verilən Lənkəran rayonu Şirinsu kənd tam orta məktəbinin binası bugünədək əsaslı təmir olunmadığından qəzalı vəziyyətdədir.
Hazırda məktəbin təmiri valideynlərin öhdəsinə qalıb. Onların maddi dəstəyi əsasındə məktəb qismən təmir olunub.
Məktəbdə laboratoriya, idman zalı, fizika və kimya kabinetlərinin olmaması təhsilin keyfiyyətinə də mənfi təsir göstərir.
Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev bildirib ki, 2007-ci ildə məktəb üçün yeni tədris korpusu tikilib. Sözügedən köhnə korpusda isə şərait aşağı səviyyədədir.
Onun sözlərinə görə, artıq müvafiq qurumlar baxış keçiriblər və məktəbin yeni tikilən təhsil ocaqlarının siyahısına salınması nəzərdə tutulub.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun Göyçay, İsmayıllı və Qəbələdə inşa etdiyi məktəblər istifadəyə verilib - FOTO
Heydər Əliyev Fondu tərəfindən mütəmadi olaraq yeni təhsil ocaqları inşa olunaraq, yaxud əsaslı bərpa edilərək istifadəyə verilir. BAKU.WS xəbər verir ki, 2023-...