Azərbaycanda bu kəndin küçələri günəş enerjisi ilə işıqlandırılır - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qubanın Rustov kəndinin küçə işıqlandırılması üçün günəş enerjisindən istifadə olunur.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, kəndin əsas küçəsinin işıqlandırılması üçün 20 günəş paneli quraşdırılıb. Artıq 4 ildir, kəndin əsas küçəsi alternativ enerji hesabına işıqlandırılır.
Quba rayon İcra Hakimiyyətinin Rustov inzibati ərazi dairəsi üzrə nümayəndəsi Behbud Rəhimov bildirib ki, 2016-cı ildə yerli icma tərəfindən qeyri-hökumət təşkilatlarının dəstəyi ilə reallaşdırılan layihədən kəndin 1600 nəfərdən çox sakini faydalanır.
“Axşam qaranlıq düşən kimi küçədə 30-a yaxın işıq avtomatik yanır. Səhər də heç kimin müdaxiləsi olmadan sönür. Çox ideal qurğudur.
Buradan bir neçə kəndin sakinləri də keçir. Gecə saatlarında küçənin işıqlandırılması avtomobil qəzalarının da qarşısını alır. Ən əsası elektrik enerjisinə görə xərcimiz yoxdur”, - deyə Behbud Rəhimov söyləyib.
Panellər quraşdırılarkən ərazinin relyefi və günəşin düşmə bucağı düzgün hesablanmalıdır.
Günəş enerjisi hesabına davamlı elektriklə təmin olunan sistem elektrik enerjisinə xərcləri azaltmaqla yanaşı ətraf mühitə də müsbət təsir edir.
Qalereya
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI
Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...