Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda bu il Novruz çərşənbələri fevral ayından başlayacaq.
BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-a Bakı Dövlət Universitetindən astrofizika fakültəsinin fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib.
Onun sözlərinə görə, bu il Novruz bayramının ilk çərşənbəsi olan - Su çərşənbəsi fevralın 27-si tarixinə təsadüf edəcək:
“Od çərşənbəsi isə martın 5-i qeyd ediləcək. Martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 19-na təsadüf edəcək. Novruz bayramı axşamı martın 20-si qeyd ediləcək”.
Xatırladaq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2024-cü ildə fəsillərin ölkəmizə daxil olma vaxtını təqdim edib. Təqvimə əsasən, bu il Yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq. Bu andan etibarən Şimal yarımkürəsində Yaz fəsli, Cənub yarımkürəsində isə Payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.
Oxşar xəbərlər
2024-cü ildə fəsillərin Azərbaycana daxilolma vaxtları AÇIQLANDI
2024-cü ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb. Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat...