Azərbaycanda bölgələrlə bağlı yeni xəbər portalı fəaliyyətə başlayıb

Azərbaycanda bölgələrlə bağlı yeni xəbər portalı fəaliyyətə başlayıb
Sosial 920

Azərbaycanın bölgələrinin sosial-iqtisadi həyatının işıqlandırılması üzrə ixtisaslaşmış YURD.MEDİA xəbər portalı fəaliyyətə başlayıb.

BAKU.WS xəbər verir ki, sayt ölkənin hər bölgəsindən son xəbərləri çatdırmaqla yanaşı, regionlarının inkişafı ilə bağlı reportajlar, araşdırmalar təqdim etməyi hədəfləyir.

Saytda yazılar həm müvafiq kateqoriyalar, həm iqtisadi rayonlar və ayrılıqda hər rayon və şəhərlər üzrə çeşidlənib.

Portalın təsisçisi və baş redaktoru, jurnalist Murad Əliyev saytın fəaliyyətə başlaması ilə bağlı müraciətində qeyd edib:

"Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə tarixi qələbə ilə bitən Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi bizə bu yola düzəlməyə qol-qanad verdi. Məhz böyük Zəfərdən sonra yurdumuzun hər qarışı ilə bağlı doğru və dolğun məlumatların yayılması zərurəti yaranıb".

Qeyd edək ki, M.Əliyev bundan əvvəl "Report" İnformasiya Agentliyinin baş redaktoru olub.

Oxşar xəbərlər

Bakıda satılan ən bahalı evlər: Qiymətlər niyə kəlləçarxa çıxıb?

Bakıda satılan ən bahalı evlər: Qiymətlər niyə kəlləçarxa çıxıb?

"Bakı və Abşeronda yarım milyona qədər çıxarışsız fərdi həyət evləri var. Onların çıxarışlarının olmaması səbəbindən bu tip əmlaklar kreditli şərtlərlə satıla b...

123 Sosial 23:07 16 iyul 2025

Son xəbərlər