Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir?

Son dövrlərdə bir nəfərin orta maaşla işləməsi ailəni dolandırmaq üçün kifayət etmir.
BAKU.WS xəbər verir ki, həm vətəndaşlar, həm də ekspertlər bildirirlər ki, son dövrlərdə xərclər xeyli artıb.
Əvvəllər bir nəfərin orta maaşla işləməsi ailəni dolandırmaq üçün kifayət edirdi. Son dövrlərdə isə xərclər artdığından bu mümkünsüz görünür.
Bəs bir ailənin orta aylıq xərci nə qədərdir?
İqtisadçı Xalid Kərimli "Xəzər Xəbər"ə bildirib ki, bu gün bir nəfər üçün orta aylıq xərc 460 manat təşkil edir.
Onun sözlərinə görə, bu rəqəmləri 4 nəfərlik ailə üçün hesablayanda görünür ki, bir ailənin ortalama xərci 1840 manatdan az olmamalıdır.
Ekspert deyir ki, 4 nəfərlik ailənin normal dolanışığı üçün ən azı 2 üzvü işləməlidir.
Oxşar xəbərlər
Ana və üç övladı Nəbatət bağında dərmandan zəhərlənib?
Ana və üç övladına dərmandan səpiblər. BAKU.WS-in "qaynar xətti"nə daxil olan şikayətə görə, bir ana üç uşağı ilə birlikdə Mərkəzi Nəbatət bağına gediblər. Evə...
