Azərbaycanda bir gündə 43 minə yaxın insan peyvənd olundu

Azərbaycanda bir gündə 43 minə yaxın insan peyvənd olundu
Sosial 129

Azərbaycanda gün ərzində koronavirus əleyhinə 42 746 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 573 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 8 884 266 , birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 850 515, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 4 033 751 təşkil edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər