Azərbaycanda bir gündə 2200-dən çox şəxs COVİD-19-a yoluxdu
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 261 yeni yoluxma faktı qeydə alınıb, 1 805 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 531 370 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 494 179 nəfər müalicə olunaraq sağalıb, 7 074 nəfər vəfat edib. 30 117 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 697, bu günə qədər isə ümumilikdə 5 195 536 test icra olunub.
Oxşar xəbərlər
Azərbaycanda daha 1 477 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 477 yeni yoluxma faktı qeydə alınıb, 628 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanın...