Azərbaycanda bəzi dəmir yolu stansiyalarında yeni alınmış qatarlara dayanacaq veriləcək

Azərbaycanda bəzi dəmir yolu stansiyalarında yeni alınmış qatarlara dayanacaq veriləcək
Sosial 5

"Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri, Xırdalan və Qəbələ stansiyalarında yeni alınan "Stadler FLIRT” qatarlarına dayanacaq verilməsi üçün platformalar müvafiq standartlara uyğun yenilənir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb.

Məlumata görə, bu məqsədlə ikimərtəbəli “KISS” markalı Stadler qatarlarının dayanması üçün uyğunlaşdırılmış hündür platformalarda həm də birmərtəbəli “FLIRT” markalı qatarların dayanması, sərnişinlərin rahat düşüb-minməsi və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə daha aşağı hündürlüklü əlavə hissələr tikilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər