Azərbaycanda aşkarlanan saxta valyutaların həcmi açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Mərkəzi Bank (AMB) tərəfindən banklara dollar qəbulunu dayandırmaqla bağlı hansısa göstəriş verilməyib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın Baş direktoru Aqşin Vəliyev mətbuat konfrasında deyib.
"Biz bilmirik ki, bu məlumatlar hansı mənbələrdən yayılır", - o bildirib.
A.Vəliyevin sözlərinə görə, AMB kommersiya banklarına bir sıra tövsiyələr verib:
“Mərkəzi Bank olaraq tövsiyə edirik ki, onlar əskinas qəbulu məntəqələrini və sistemlərini uyğunlaşdırsınlar və bu yolla saxta xarici valyutaları aşkar edə bilsinlər.
Bu günə qədər 125 ədəd saxta valyuta aşkar edilib. Bu isə beynəlxalq təcrübədə o qədər də böyük göstərici deyil”.
Oxşar xəbərlər
Azərbaycanda banklar dollar qəbulunu dayandırdı: Dövriyyədə saxta əsginaslar var
Hazırda ölkədə bir sıra banklar tərəfindən bankomatlar vasitəsilə dollar əsginasların qəbulu dayandırılıb. BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, buna səbə...