Azərbaycanda ailələr ən çox bu səbəblərdən dağılır - SİYAHI

Azərbaycanda ailələr ən çox bu səbəblərdən dağılır - SİYAHI
Sosial 4824

Azərbaycanda boşanmaların səbəbləri açıqlanıb.

BAKU.WS-in məlumatına görə, Ədliyyə Nazirliyindən "report"un sorğusuna cavab olaraq bildirilib ki, nikahın pozulmasının qeydə alınması zamanı vətəndaşlar ərizələrində nikahın xasiyyətlərinin tutmaması, uşaqlarının olmaması, ailədaxili zorakılıq, xəyanət, qısqanclıq, xəstəlik, milli zəmin, sərxoşluq, narkomaniya, maddi durum, mənzilin olmaması, ərin (arvadın) əlilliyi, uzun müddət ayrı yaşamaq, oğurluq və kənar müdaxilələr kimi səbəblərdən pozulduğunu qeyd ediblər.

Xatırladaq ki, ötən il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63 869 nikah və 17 148 boşanma halları qeydə alınıb.

Əhalinin hər 1 000 nəfərinə nikahların sayı 2018-ci illə müqayisədə dəyişməyərək eyni səviyyədə (6,4) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Boşanma sayı yüksək olan şəhərlər məlum oldu

Boşanma sayı yüksək olan şəhərlər məlum oldu

Ötən il Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63 869 nikah və 17 148 boşanma halları qeydə alınıb. BAKU.WS report-a isti...

857 Sosial 13:15 12 fevral 2020

Son xəbərlər