Azərbaycanda ağıllı subartezian quyularının sayı AÇIQLANDI

Azərbaycanda ağıllı subartezian quyularının sayı AÇIQLANDI
Sosial 129

Azərbaycanda 321 ədəd ağıllı subartezian sistemləri mövcuddur.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib.

Onun sözlərinə görə, bu subartezian quyularının digərlərindən fərqi ondadır ki, burada SCADA sistemi quraşdırılıb:

“Meliorasiya və Su Təsərrüfatı ASC olaraq nəzarətimizdə 8200-dən artıq subartezian quyusu var və hər biri işlək vəziyyətdədir. 2018-ci ildən bu günə kimi yeni qazılmış və istifadəyə verilmiş quyuların bir çoxunda SCADA sistemi quraşdırılıb. Onların bu günə olan sayı 321 ədəddir. Bu sistem vasitəsi ilə su quyularına uzaqdan kameralarla nəzarət olunur, yandırılıb-söndürülür, suyun verilməsi və bitməsi üçün vaxt limiti qoyulur. SCADA sistemi həm enerji, həm də su itkisinin qarşısının alınması üçün vacib sistemdir”.

D.Şərifov qeyd edib ki, SCADA sistemi 14 rayonda var, bəzi hallarda isə onun quraşdırılmasında problemlər yaranır: “Sistem Ağcabədi, Ağdam, Tovuz, Samux, Goranboy, Şəmkir və digər rayonlarımızda var. Quyular həm bölgədə, həm də sahələrdə olduğu üçün SCADA sisteminin quraşdırılması bəzən problemli olur. Bu problemləri internetin olmaması və bəzən enerjinin kəsilməsi yaradır”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər