Azərbaycanda 9 faydalı qazıntı yatağı hərraca çıxarılır
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 5-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yerin təkindən istifadə ilə bağlı növbəti dəfə hərrac keçirəcək.
Bu barədə BAKU.WS-ə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, hərraca 9 faydalı qazıntı yatağı çıxarılacaq. Bunlar Abşeron rayonu “Qızılburun” gil yatağı, Abşeron rayonu “Şıxzərli” gips yatağı, Ağstafa rayonu “Ağstafaçay” qum-çınqıl yatağı”, Göygöl rayonu “Qızılca” plagioporfir yatağı, İsmayıllı rayonu “Bilistan-II” qum-çınqıl yatağı, İsmayıllı rayonu “Təzəkənd” qum-çınqıl yatağı, İsmayıllı rayonu “Göyçay-I” qum-çınqıl yatağı, Şabran rayonu “Dəvəçiçay” qum-çınqıl yatağı, Quba rayonu “Qonaqkənd” qum-çınqıl yataqlarıdır.
Başlanğıc qiyməti 2 500 - 76 000 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu iyunun 22-si, saat 16:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38 C, 1969-cu məhəllə (Bakı KOB evi) ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaq.
Hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% beh ödəmək istəyənlər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Bakı KOB evindəki pəncərəsinə, eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20). Hərrac elə burada keçiriləcək.
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...