Azərbaycanda 352 yeni koronavirusa yoluxma qeydə alındı, 2 nəfər vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda 352 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 196 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Qeyd edilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 9 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 309 nəfər müalicə olunaraq sağalıb, 115 nəfər vəfat edib, 4 146 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 7 505 koronavirus testi aparılıb.
Oxşar xəbərlər
Azərbaycanda koronavirus təhlükəsi: Pik hədd yaxınlaşır, reanimasiyalar dolub!
Dünyada və Azərbaycanda koronavirusa yoluxma halları artmaqda davam edir. Eyni zamanda ölüm sayları da yüksək olaraq qalmaqdadır. Azərbaycanda iyunun 1-də 168 y...