Azərbaycanda 300-dən çox şəxsə qeyri-adi QADAĞA QOYULDU
Yeniliklərdən dərhal xəbərdar olun
2025-ci ildə 322 şəxsə zorakılıqlardan qorunmaq üçün mühafizə orderi verilib.
BAKU.WS xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.
Rəsmi məlumata görə, 2025-ci ildə yerli icra və probasiya qurumlarının icraatına məişət zorakılığı ilə bağlı 280-i qısamüddətli, 42-si uzunmüddətli mühafizə orderi olmaqla, cəmi 322 icra sənədi daxil olub.
Qeyd edək ki, mühafizə orderi məişət zorakılığı törətmiş şəxsə qarşı tətbiq edilən rəsmi məhdudiyyətlər toplusudur. Bu orderin verilməsində əsas məqsəd zorakılığa məruz qalmış şəxsin təhlükəsizliyinin təmin olunması və onun hüquqlarının qorunmasıdır.
Order qüvvədə olduğu müddətdə zorakılıq törədən şəxsə zərər çəkmiş şəxsə yaxınlaşmaq, onunla əlaqə saxlamaq və ya onu narahat edən hərəkətlər etmək qadağan olunur.
Mühafizə orderi qısamüddətli və ya uzunmüddətli ola bilər. Hər iki halda əsas hədəf məişət zorakılığının təkrar baş verməsinin qarşısını almaq və zərər çəkmiş şəxsin təhlükəsiz mühitdə yaşamasını təmin etməkdir.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...