Azərbaycanda 181 din xadiminin fəaliyyətinə xitam verilib - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanda son bir ildə 181 din xadiminin fəaliyyətinə xitam verilib”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, birinci vakansiya zamanı ümumilikdə 270 sənəd qəbulu olub və onlardan 133-ü müsahibədən keçib: “Müsahibədən keçənlərin 112-si isə təyinat ala bilib. İkinci vakansiya zamanı isə 254 müraciətdən 66-sı müsahibədən keçib və 55 nəfəri təyinat ala bilib".
G.İsmayılov üçüncü vakansiya ilə bağlı sənəd qəbulunun başa çatdığını da bildirib.
Sədr müavini son bir il ərzindəki təyinatların statistikasını da açıqlayıb: "Son bir il ərzində din xadimləri üzrə 169 təyinat olub. 21 rotasiya olduğu halda, 181 din xadiminin fəaliyyətinə xitam verilib".
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...