Azərbaycanda 1-3 yaşlı 24 mindən çox körpə bağçaya gedir
Azərbaycanda 24 mindən çox 1-3 yaşlı körpə bağçaya gedir.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, ümumilikdə 1-3 yaş aralığında olan 24 427 körpə Elm və Təhsil Nazirliyinin tabeliyində olan 1 803 körpələr evi və körpələr evi–uşaq bağçasına təlim-tərbiyə prosesindədir.
Bundan başqa, 3 yaşdan yuxarı 88 993 şəxs isə 1 799 körpələr evi və körpələr evi–uşaq bağçasında təhsil alır.
Qeyd edək ki, 2025-2026-cı tədris ilində ölkə üzrə 107 348 uşaq dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb edilib.
Oxşar xəbərlər
Musiqi və incəsənət məktəblərində təhsilverənlərin sertifikatlaşdırma qaydası müəyyənləşib
"Dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qayd...