Azərbaycana yaralı hərbçilərin müalicəsi üçün həyati əhəmiyyətli İllizarov cihazları gətirildi

İllizarov aparatı yaralı hərbçilərin müalicəsi üçün ideal tibbi ləvazimatdır.
BAKU.WS xəbər verir ki, cəmiyyətdə daha çox İllizarov aparatı olaraq bilinən yeni tibbi cihazlar Azərbaycana gətirilib.
Artıq 510 belə aparatdan ibarət ilk partiya paytaxtdadır. Bu aparatlar hərbi hospitallara paylanılıb. Müharibə şəraitində olan ölkələrdə vacib əhəmiyyət kəsb edən bu aparatlar ayrı-ayrı sümük parçalarının uzunmüddətli fiksasiyası, sümük toxumasının zədələnməsini azaltmaq üçün mühüm tibbi aparat hesab olunur.
Aktiv müharibə şəraitində hərbi hospitallarda, eyni zamanda mobil hospitallarda da bu aparatlar hərbçilərin sağlamlığına qovuşması, onların tibbi ehtiyaclarının daha tez qarşılanması baxımından yüksək əhəmiyyət daşıyır. Bu aparat sayəsində çox sayda əsgərimiz öz sağlamlığına qovuşacaq. Həmin cihazların ordu üçün təchizatı layihəsi çərçivəsində İllizarov aparatından 3500 ədəd sifariş olunub.
Qeyd edək ki, İllizarov aparatlarının ölkəyə gətirilməsi iş adamı Anar Əlizadə tərəfindən həyata keçirilib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...
