Azərbaycana turist axını 2 dəfədən çox artıb

Azərbaycana turist axını 2 dəfədən çox artıb
Sosial 108

Bu ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan xaricə 680,8 min nəfər və yaxud 2,3 dəfə çox ölkə vətəndaşı gedib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, ölkə vətəndaşlarının 47,6%-i Türkiyəyə, 15,7%-i Rusiyaya, 13,3%-i İrana, 8,1%-i Gürcüstana, 15,3%-i digər ölkələrə səfər edib. Onların 65,9%-ni kişilər, 34,1%-ni isə qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedənlərin sayı 5,2 dəfə, Türkiyəyə gedənlərin sayı 2,7 dəfə, Gürcüstana gedənlərin sayı 2 dəfə, Rusiyaya gedənlərin sayı isə 29,1% artıb.

Xaricə səfər etmiş Azərbaycan vətəndaşlarının 55,4%-i hava, 42%-i dəmir yolu və avtomobil, 2,6%-i isə dəniz nəqliyyatından istifadə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər