Azərbaycana növbəti beynəlxalq tanıtım gətirən şirkət Azercell oldu!

Azərbaycana növbəti beynəlxalq tanıtım gətirən şirkət Azercell oldu!
Foto
Sosial 65
Lider mobil operator İnsana Sərmayə Standartı üzrə MDB-də ilk Platinsertifikata layiq görüldü. Ölkənin ən qabaqcıl mobil rabitə təminatçısı “Azercell Telekom”-un həmtelekommunikasiya, həm xidmət keyfiyyəti, həm də cəmiyyətin və insanlarıninkişafı sahəsində fəaliyyəti uzun müddətdir ki, beynəlxalq qurum vətəşkilatların diqqət mərkəzindədir. Şirkət güclü korporativ idarəçilik vəmədəniyyətin, eləcə də, insan resurslarının idarə olunması təcrübəsinindavamlı inkişafının göstəricisi olaraq “Investors in People” (IIP) -İnsana Sərmayə Standartının əsas 9 fəaliyyət göstəricisi üzrədəyərləndirilərək bu dəfə ən yüksək pillə hesab edilən PLATİNsertifikatına layiq görüldü. “İnsana Sərmayə” standartı şirkətperfomansının inkişafı, işçilərin müasir inkişaf imkanları ilə təminedilməsi, onların qərar qəbuletmə prosesinə cəlb edilməsi, işçipotensialına fokuslanan effektiv idarəetmə kimi prinsipləri ölçür və dahada inkişaf etdirməyə təşviq edir. Azercell ölkəmizdə Platin sertifikatqazanan ilk şirkət olmaqla yanaşı, MDB məkanında da belə bir uğura imzaatan yeganə şirkətidir. Qeyd etmək lazımdır ki, Platin sertifikatıadıçəkilən akkreditasiya mərkəzinin ən yüksək dəyərləndirmə səviyyəsidir vəhal-hazırda dünyada fəaliyyət göstərən şirkətlərin yalnız 2% bu statusalayiq görülüb.“Azercell Telekom” yarandığı ilk gündən etibarən həm bütövlükdə korporatividarəetmə sahəsində, həm də İnsan Kapitalının idarə olunmasında beynəlxalqtəcrübədən yararlanıb. Şirkətin bu sahədə apardığı bütünproseslər,prosedurlar və mövcud idarəçilik sistemi ən müasir beynəlxalqtəcrübəyə uyğundur. İlk dəfə olaraq şirkətimiz bu Sertifikatın alınmasıüçün irəli sürülən tələblərin hamısına cavab verərək 2004-cü ildə həminStandartı, 2011 və 2014-cü illərdə isə Gümüş, 2018-ci ildə isə QızılSertifikata layiq görülüb. Ötən il keçirilən sertifikasiya zamanı isəAzercell güclü performans göstərməklə işçilərini yüksək səviyyədə idarəetdiyini beynəlxalq səviyyədə bir daha sübut edərək, PlatinSertifikatına layiq görüldü. Onu da vurğulayaq ki, 1996-2020-ci illərərzində insan qaynaqlarının inkişafına şirkət tərəfindən toplam 25,886,353ABŞ dolları həcmində sərmayə yatırılıb.Qeyd edək ki, İnsan Resurslarının İdarə Edilməsi üzrə “Investors in People”Sandart ilk dəfə 1991-ci ildə İngiltərədə tətbiq edilməyə başlayıb.Beynəlxalq səviyyədə mövcud olan Standart 30 illik fəaliyyəti nəticəsindədünya üzrə 66 ölkə və 50.000-dən çox təşkilatı əhatə edir. Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz. Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ənböyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildətəsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%;seçir. Bazar payı 49%;ölkə ərazisi üzrə əhatə dairəsi: 89.3%; ölkə əhalisi üzrə əhatə dairəsi:99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhzAzercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internetxidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, AzercellEkspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosialmedia üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza”və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilkdəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-insürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-ayaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən vəsimsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlərtərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4Gşəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilərnümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestorsİn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganəşirkətdir. Azercell nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilatarasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrəən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər