Azərbaycan və Özbəkistanın media qurumları əməkdaşlıq memorandumu imzalayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Medianın İnkişafı Agentliyi və Özbəkistan Prezidenti Administrasiyası yanında KİV üçün Məzmun Hazırlama Mərkəzi əməkdaşlıq memorandumu imzalamağı planlaşdırırlar.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən II Azərbaycan-Özbəkistan Media Forumunda Özbəkistan Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidcanov bildirib.
D.Saidcanov vurğulayıb ki, belə bir sənəd iki ölkənin media sahəsində qarşılıqlı fəaliyyətini gücləndirməyə imkan verəcək: "Biz daha böyük uğurlar əldə edə biləcəyik, iki ölkənin jurnalistləri və media mütəxəssisləri sıx əməkdaşlıq edəcəklər".
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...