Azərbaycan Qızıl Aypara Cəmiyyəti "Səninləyəm, Türkiyə!" adlı humanitar yardım kampaniyası elan edib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə dünən səhər 7,4 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub.
Bu günün məlumatlarına əsasən, Türkiyədə baş verən 7,7 və 7,6 ballıq zəlzələlərdən sonra 10 şəhərdə həyatını itirən şəxslərin sayı 3 381-ə çatıb.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ zamanı yaralıların sayı 20 426 nəfərə yüksəlib.
Eyni zamanda 5 775 binanın dağıldığı, 11 302 bina barədə isə dağılma xəbəri daxil olduğu bildirilir.
Qardaş ölkəyə humanitar yardım göstərmək məqsədi ilə Azərbaycanın ən böyük humanitar təşkilatı olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm, Türkiyə!” adlı kampaniya elan edib.
Kampaniya çərçivəsində istənilən fiziki və hüquqi şəxslər birbaşa maliyyə yardımı göstərə bilərlər:
• Onlayn bank kartı vasitəsi ilə ianə etmək üçün bu linkdən istifadə edin:
https://yardim.et/az/donations/bank/online
• Nağd pul vasitəsi ilə ianə etmək üçün
" target="_blank" rel="noopener external noreferrer">MilliÖn və
" target="_blank" rel="noopener external noreferrer">eManat ödəniş terminallarında xeyriyyəçilik bölməsində “yardim.et” düyməsindən istifadə edə bilərsiniz.
• SMS vasitəsi ilə ianə etmək üçün “Azercell” Abunəçiləri
" target="_blank" rel="noopener external noreferrer">8116 qısa nömrəsinə SMS göndərə bilər.
• Elektron pul kisəsi vasitəsi ilə hesab.az saytından ianə edə bilərsiniz.
• Hüquqi şəxslər həmçinin bank köçürmə vasitəsi ilə ianə edə bilərlər. Əlaqə üçün: corporate@redcrescent.org.az
Bütün yığılan ianələr Türkiyəyə humanitar yardım göstərmək məqsədi ilə göndəriləcək.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...