Azərbaycan qırmızı London taksiləri alıb

Azərbaycan qırmızı London taksiləri alıb
Sosial 531

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Taksi Xidməti" MMC Böyük Britaniyanın “London EV”(LEVC) şirkətindən 100 ədəd "TX", 0 emissiyalı elektrik taksisi alıb.

BAKU.WS xəbər verir ki, bu barədə Britaniya şirkətinin açıqlamasında bildirilir.

Məlumatda qeyd olunur ki, Azərbaycan şirkəti LEVC-in uzunmüddətli tərəfdaşıdır və indiyə qədər ona paytaxt Bakının hər yerində istifadə olunan bənövşəyi “TX4” emissiyalı taksilər satılıb. "Bakı Taksi Xidməti"nin aldığı yeni taksilər isə qırmızı rənglidir, əsasən Bakıda keçirilən tədbirlər üçün şəhərə gələn qonaqların hava limanından otellərə və əks istiqamətdə daşınması üçün istifadə ediləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İlham Əliyev BNA rəhbərini qəbul etdi

İlham Əliyev BNA rəhbərini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib. BAKU.WS xəbər verir ki, son illər şəhər nəqliyy...

1544 Sosial 16:19 18 fevral 2020

Son xəbərlər