Azərbaycan polisindən "Xınayaxdı əməliyyatı" - 40 nəfərlik məclisin qarşısı alındı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuzda karantin qaydalarına zidd olaraq təşkil olunan xınayaxdı məclisinin qarşısı alınıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, Tovuz Rayon Polis Şöbəsinə rayonun Abulbəyli kəndində yaşayan Yaqub Məmmədovun karantin rejiminin qaydalarını pozaraq gizli şəkildə qızına “xınayaxdı” mərasimi keçirməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları dərhal sözügedən ünvana gəliblər və 40 nəfərlik məclisin keçirilməsinin qarşısı alınıb. Bəlli olub ki, Yaqub Məmmədov polisdən yayınmaq üçün xına mərasimini qudası Fazil Mehdiyevin evində keçirib.
Məclisdə iştirak edən bir neçə nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar. Məclisdə iştirak edib, polisdən yayınmağa cəhd edən digər şəxslər barəsində araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...