Azərbaycan peyvəndləməyə görə MDB ölkələri arasında lider olub
09
iyn
2021
17:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan koronavirusa qarşı peyvəndləməyə görə MDB ölkələri arasında lider mövqeyə çıxıb.
BAKU.WS Trend-ə istinadən məlumat verir ki, bu barədə "Mir 24" telekanalı bildirir.
Qeyd olunur ki, bu günədək ölkədə əhalinin 18 faizi peyvəndlənib: "Vaksinin birinci dozasını 1,5 milyondan, hər iki dozanı 1 milyona yaxın azərbaycanlı qəbul edib. Ölkədə 4 vaksin - Rusiyanın "Sputnik V", Çinin "CoronaVac", Almaniya və ABŞ-ın "Pfizer", Böyük Britaniya və İsveçin "AstraZeneca" vaksinləri qeydiyyatdan keçib".
Oxşar xəbərlər
“AstraZeneca” qan laxtalanmasına səbəb olur? - AÇIQLAMA/ VİDEO
“AstraZeneca” peyvəndinin ucuz olması bəzi şirkətlərin müəyyən kommersiya maraqlarına toxunur və bu səbəbdən ona qarşı kampaniya aparılır. BAKU.WS "Oxu.az"a ist...