Azərbaycan Ordusunda müxtəlif xarici dillər üzrə təşkil olunmuş kursların buraxılış mərasimi keçirilib

Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunun (Hİİ) Xarici dil mərkəzində müxtəlif dillər üzrə intensiv kursların buraxılış mərasimi keçirilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Hİİ-nin rəhbərliyi, professor-müəllim heyəti və dinləyicilərinin, eləcə də Türkiyə Respublikasının ölkəmizdəki Hərbi Attaşelik aparatı nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən iştirakçıları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Qeyd olunub ki, 5 xarici dil üzrə müxtəlif səviyyələrdə təşkil olunmuş kurslarda ümumilikdə 144 nəfər hərbi qulluqçu və mülki işçi, o cümlədən Türk Silahlı Qüvvələrinin hərbi qulluqçuları təhsil alıb.
Dinləyicilər adından çıxış edən kurs birinciləri yaradılan şəraitə görə Müdafiə Nazirliyinin və MMU-nun rəhbərliyinə, eləcə də xarici dillərin tədrisində əməyi olan professor və müəllim heyətinə dərin minnətdarlıqlarını bildiriblər.
Sonda məzunlara fəxri fərmanlar və sertifikatlar təqdim edilib.
Qalereya
Oxşar xəbərlər
Paytaxt küçələri belə yuyuldu
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, iyulun 12-də paytaxtda növbətidəfə genişmiqyaslı təmizlik işləri aparılıb. BAKU.WS xəbər verir ki, Bakı Şəhər...