Azərbaycan millisinin futbolçusundan gözlənilməz etiraf
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan milli komandasının və Almaniyanın "Ertsgebirge" klubunun futbolçusu Dmitri Nazarov koronavirus pandemiyası dövründə sosial şəbəkələrdən istifadə edərək özlərini reklam edənləri tənqid edib.
BAKU.WS xəbər verir ki, bu barədə 30 yaşlı futbolçu "Bild" nəşrinə danışıb.
Onun sözlərinə görə, mobil telefonunda çox vaxt keçirməklə arası yoxdur: "Nadir insanlardanam ki, bu mənə lazım deyil. Mobil telefonumda vaxt keçirmək, mesaj göndərmək və ya başqalarının nə etdiyindən xəbərdar olmaq məcburiyyətində deyiləm. Səs-küy mənlik deyil. Mən orada bir az köhnə məktəbəm və bir neçə saat mobil telefonumu söndürməyə üstünlük verirəm. Məndən bir şey öyrənmək istəyirsinizsə, nömrəm var"
Qeyd edək ki, Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alıb. Təcrübəli forvard "Ersgebirge"də 2016-cı ildən çıxış edir.
Oxşar xəbərlər
Qeyri-aktiv VÖEN-i olan şəxslər sosial yardım ala bilərlərmi?
Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödənişlərin v...