Azərbaycan Mərkəzi Bankı "PulPal"ın vəzifəli şəxsini cərimələyib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Mərkəzi Bankı (AMB) "PulPal" MMC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
BAKU.WS bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində "PulPal"da aprel ayında keçirilmiş plandankənar yerində yoxlama zamanı yoxlama müddəti ərzində yoxlayıcıların lazımi texniki imkanlarla təmin edilməməsi və aparılmış əməliyyatlar haqqında dolğun məlumatların təqdim olunmaması üzə çıxıb. Odur ki, şirkətin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq 1 000 manat cərimə edilib.
Oxşar xəbərlər
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. H...