Azərbaycan mebel və onun hissələrinin idxalına çəkdiyi xərci 10 %-ə yaxın artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 21 milyon 117,28 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.
BAKU.WS Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 851,17 min ABŞ dolları və ya 9,6 % çoxdur.
Hesabat dövründə mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,51 %-ni təşkil edib.
Hesabat aylarında Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 4 milyard 766,47 milyon ABŞ dolları ixracın, 4 milyard 138,02 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Oxşar xəbərlər
Hər şeyi özünə dərd edən bürclər: Onlar hadisələri çox düşünür
Bəzi insanlar baş verən hadisələri digərləri ilə müqayisədə daha çox düşünür, deyilən sözləri uzun müddət yadda saxlayır və kiçik problemləri belə özlərinə də...