"Azərbaycan Mahallesi" tamamlanır – zəlzələdən zərərçəkənlər yeni evlərinə qovuşur

6 fevral zəlzələlərində Türkiyəyə bir çox ölkə yardım etsə də, ən böyük dəstəklərdən biri Azərbaycandan gəldi. Azərbaycanın dəstəyi ilə Kahramanmaraşda inşa edilən 1 323 mənzilin tikintisi artıq başa çatmaq üzrədir.
BAKU.WS xəbər verir ki, bu barədə Haber Global məlumat yayıb.
7,7 bal gücündə olan ilk zəlzələnin episentri Kahramanmaraş idi. Hazırda şəhər böyük bir tikinti meydançasını xatırladır – hər yerdə yeni yaşayış kompleksləri və iş yerləri inşa olunur.
Kahramanmaraş Böyükşəhər Bələdiyyə Başçısı Fırat Görgel görülən işlər barədə danışaraq bildirib: "Şəhərin hər yerində yenidənqurma işləri aparılır. Azərbaycan hökuməti ilə birlikdə həyata keçirdiyimiz layihələr burada aydın görünür. Sağ olsunlar, Azərbaycan hökuməti şəhərimizə böyük dəstək verib."
İnfrastruktur layihələri təkcə yaşayış və iş yerləri ilə məhdudlaşmır. Şəhər boyu yeni sosial obyektlər də inşa edilir. Görgel bildirib ki, zəlzələdə zərər görən xəstəxanalar yenidən qurulur, onlardan biri artıq xəstə qəbul etməyə başlayıb. Ümumilikdə dörd xəstəxananın tikintisi bir neçə ay ərzində tamamlanacaq. Bundan əlavə, zəlzələdən əvvəlki vəziyyətdən daha çox sinif otaqları ilə təmin olunmaq məqsədilə yeni məktəblər də inşa edilir.
Bu məktəblərdən biri də Azərbaycan Prezidenti İlham Əliyevin atası Heydər Əliyevin adını daşıyan ibtidai məktəb olacaq.
Oxşar xəbərlər
Azərbaycanda qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb
Bu ilin yanvar-fevral ayları ərzində ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlum...
