Azərbaycan diasporu orduya, şəhid və qazi ailələrinə yardım edib
Yeniliklərdən dərhal xəbərdar olun
44 günlük Vətən müharibəsi dövründə Amerikanın və Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu tərəfindən ordumuza, şəhid və qazi ailələrinə 332.640 manat, 188.416 ABŞ dolları və 118.782 Avro məbləğində (Cəmi: 900.073 manat) maddi dəstək göstərilib.
BAKU.WS xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Məlumayta görə, vəsaitlər Azərbaycan Diasporuna Dəstək Fondu və Silahlı Qüvvələrə Yardım Fondu vasitəsilə, eləcə də birbaşa olaraq çatdırılıb.
Maddi vəsaitlə yanaşı, soydaşlarımızın təşəbbüsü ilə ölkəmizə əsgərlərimiz üçün minlərlə isti geyimlər, ərzaq bağlamaları, tibbi avadanlıqlar da göndərilib. Kanadada yaşayan bir qrup soydaşımız isə 101 şəhid ailəsini himayəyə götürüb.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...