"Azərbaycan Dəmir Yolları" daha 10 sərnişin qatarı sifariş edib

Azərbaycan Dəmir Yolları daha 10 sərnişin qatarı sifariş edib
Sosial 128

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) hərəkət tərkibi parkının yenilənməsi işləri çərçivəsində sifariş olunan, dəyişən cərəyanla işləyən 50 lokomotivdən 21-i artıq ölkəyə gətirilib.

BAKU.WS xəbər verir ki, bu barədə ADY-nin sədri Cavid Qurbanov bu gün qurumda onun rəhbərliyi ilə keçirilən videokonfrans şəklində kollegiya iclasında bildirib.

Sədrin özlərinə görə, bu il daha 9 lokomotivin ölkəyə çatdırılması nəzərdə tutulur.

“Eyni zamanda, 20 sərnişin vaqonundan 10-u artıq qəbul olunub, digər 10 vaqonun da cari ildə çatdırılması planlaşdırılır. Əlavə olaraq, Cəmiyyət tərəfindən 10 sərnişin qatarı sifariş edilib”, - deyə o, qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident nazir Sahil Babayevi qəbul edib

Prezident nazir Sahil Babayevi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...

13649 Sosial 16:25 16 mart 2020

Son xəbərlər