Azərbaycan çempionu ölkəni birdəfəlik tərk etdi - FOTO

Azərbaycan çempionu ölkəni birdəfəlik tərk etdi - FOTO
Sosial 365

Azərbaycanlı qrossmeyster Vasif Durarbəyli ölkəni birdəfəlik tərk edib.

BAKU.WS xəbər verir ki, 31 yaşlı “iti zəka sahibi” özünün sosial şəbəkə hesabında etdiyi paylaşımda ABŞ-yə köçdüyünü qeyd edib.

“Həyatımın yeni fəslinin başlanması doğum günümə təsadüf etdi.

Bundan öncə 2014-cü ildə təhsillə bağlı Sent-Louisə yollanmış və 2019-da bəzi məqsədlərimi icra etmək üçün dönmüşdüm. 5 ildəki təcrübələrimin məni bir fərd kimi yaxşıya doğru dəyişdiyi qənaətindəyəm. Görək bu dəfə məni həyat nələrlə qarşılaşdıracaq və öyrədəcək!

Ötən dəfədən fərqli olaraq Azərbaycana məskunlaşma üçün qayıdacağıma əmin deyiləm. İstənilən halda məni sevənlərin və sevməyənlərin narahat olmasına ehtiyac yoxdur. Bir ayağım burada olacaq”, - deyə qrossmeyster yazıb.

Vasif Durarbəyli şahmat üzrə son Azərbaycan çempionatının qalibidir.

Azərbaycan çempionu ölkəni birdəfəlik tərk etdi - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycana gələn il fəsillər bu tarixdə girəcək

Azərbaycana gələn il fəsillər bu tarixdə girəcək

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası 2023-cü ildə fəsillərin Azərbaycana daxilolma vaxtlarını açıqlayıb. Kafedradan BAKU.WS-ə v...

368 Sosial 12:25 26 oktyabr 2022

Son xəbərlər