Azərbaycan alimləri ABŞ universitetinin qiymətləndirmə siyahısında
Yeniliklərdən dərhal xəbərdar olun
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun alimləri 3-cü dəfə ABŞ-ın Stenford universitetinin qiymətləndirmə siyahısına düşüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunlar, institutun baş direktoru, akademik Rasim Əliquliyev və şöbə müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Ramiz Alıquliyevdir.
Builki siyahıda hər iki alim “İnformasiya və kommunikasiya texnologiyaları” sahəsi üzrə çalışan və məqalələri “Scopus” bazasında indeksləşən 546 033 dünya alimləri arasından seçilib.
Stenford Universiteti “Scopus” bazasının elmmetrik göstəriciləri əsasında elmin 22 sahəsi, 176 alt sahə üzrə dünyanın nüfuzlu alimlərinin reytinq siyahısını dərc edir. Alimlər məqalələrin sayı, istinadların ümumi sayı, Hirş indeksi, hm-indeksi və s. kimi göstəricilər nəzərə alınmaqla çoxmeyarlı qiymətləndirilir.
Belə ki, bu elmmetrik göstəricilər əsasında yeni inteqrativ göstərici hesablanır və alimlər bu göstəriciyə nəzərən ranqlaşdırılır. Sonra onların arasından siyahının ilk 2%-nə daxil olan alimlər seçilir. Son zamanlar bu qiymətləndirmə sistemindən beynəlxalq səviyyədə ölkələrin elm və təhsil müəssisələrinin, həmçinin alimlərin qiymətləndirilməsində geniş istifadə olunur.
2020-ci ildən başlayaraq hər il Azərbaycan alimlərinin adları da Stenford Universitetinin reytinq siyahısına seçilir. Builki siyahıya Azərbaycanda və xaricdə fəaliyyət göstərən çoxlu sayda soydaşlarımızın adı daxil edilib. Bu reytinq siyahısında ölkəmizi 6 elm sahəsi üzrə 14 alim təmsil edir ki, bu alimlərdən də 4-ü AMEA-nın əməkdaşıdır.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...