Azər Baxşəliyevin böyrəyin köçürülmə əməliyyatından imtina edibmiş... - RƏSMİ

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi (ODTKM) aktyor Azər Baxşəliyevin böyrək köçürülməsi əməliyyatının gecikdirilməsi ilə bağlı səsləndirilən iddialara cavab verib.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən bildirilib ki, aktyor Azər Elxan oğlu Baxşəliyev 20 fevral 2024-cü ildə Mərkəzdə böyrək çatışmazlığı ilə əlaqədar qeydiyyata düşüb.
"2024-cü ilin oktyabrın 3-ü qohum olmayan canlı donorla müraciət edib və sənədlərin yığılması üçün məktub göndərilib. 2024-cü il oktyabrın 16-da xəstəxana sənədləri ODTKM daxil olub. Oktyabrın 31-də Etika Komissiyasına sənədləri göndərilib. Lakin Etika Komissiyasından Azər Baxşəliyevin transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina etdiyi bildirilib", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, sosial şəbəkələrdə A.Baxşəliyevin böyrək əməliyyatının gecikdirilməsi ilə bağlı iddialar yer alıb.
Xatırladaq ki, A.Baxşəliyev yanvarın 5-i poliorqan çatışmazlığı səbəbindən vəfat edib.
Oxşar xəbərlər
Qrip və mövsümi xəstəliklərdən qorunmağın 6 YOLU
Havaların qeyri sabit keçməsi respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarının artmasına səbəb...
