AZAL: "Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil"
Yeniliklərdən dərhal xəbərdar olun
Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Naxçıvan istiqamətində uçuş zamanı Zəngəzur üzərindəki hava məkanından istifadə olunması barədə yanlış məlumat yayılıb.
BAKU.WS xəbər verir ki, bu barədə AZAL-ın açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil və aviaşirkətlər ondan istifadə etmir.
Aviaşirkət kütləvi informasiya vasitələrini təsdiqlənməmiş informasiyaya etibar etməməyə və yalnız rəsmi mənbələrə müraciət etməyə çağırıb.
"AZAL bu təxribatçı hərəkətlərin, yəni qəsdən yalan məlumatların yayılmasının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır", - deyə milli aviadaşıyıcı bəyan edib.
Oxşar xəbərlər
AZAL ölkənin hava məkanını bütün aviaşirkətlər üçün açıq elan edib
Azərbaycan mülki aviasiyasının tarixində ilk dəfə beşinci və yeddinci qrup “hava azadlığı” ölkənin bütün beynəlxalq hava limanlarında heç bir maneə olmadan tətb...