AZAL Türkiyədə qalan sərnişinləri Bakıya gətirdi
"Türkiyədə baş verən silahlı çevriliş cəhdi və Atatürk Hava Limanının ələ keçirilməsi barədə xəbər yayıldıqdan sonra İstanbulda qalan azərbaycanlı sərnişinlərin sayının çoxluğunu nəzərə alaraq AZAL-ın göndərdiyi təyyarə artıq geri qayıdıb”. Bu barədə ANS PRESS-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
Onun sözlərinə görə, həmin təyyarə ötən gecə saat 23:35 Bakıdan İstanbula doğru hərəkət edib və gecə saatlarında da geri qayıdıb. "İstirahət günü olduğu və iş başında olmadığım üçün neçə insanın həmin təyyarə ilə geri qayıtdığını deyə bilmərəm. Ancaq dəqiq olan odur ki, bir qrup sərnişin geri qayıda bilib".
Mətbuat katibi onu da bildirib ki, baş verən hadisələrdən sonra ləğv edilən və və ləngiyən bütün uçuşlar artıq bu gün səhərdən başlayaraq bərpa edilib: "Bizim tərəfdən onsuzda heç bir problem yoxdur. Bizə Türkiyə tərəfi nə zaman işləməyə hazır olduğunu bildirsə, biz o vaxt reysləri bərpa edə bilirik. Hazırki vəziyyətə görə uçuşlarda heç bir problem yoxdur".
Bu hərbi çevriliş cəhdindən sonra Bakıdan Ankara və İstanbula yola düşməli olan bütün reyslər ləğv edilmişdi. Reyslər ötən gün səhər həyata keçirilməli idi.
BAKU.WS
Oxşar xəbərlər
AZAL İstanbula təyyarə göndərdi
"Azərbaycan Hava Yolları” QSC İstanbulda qalan azərbaycanlı sərnişinləri Vətənə gətirmək üçün ikinci təyyarəni göndərməyə hazırlaşır. Bu barədə Trend-ə "Azərba...