AZAL Naxçıvana uçuşlar üçün Ermənistana ödəniş etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın milli aviadaşıyıcısı olan "Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) Ermənistana aeronaviqasiya xidmətlərinə görə təxminən 32 min avro ödəyib.
BAKU.WS "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə "Sputnik Armenia" Ermənistanın Mülki Aviasiya Komitəsinə istinadən xəbər verir.
Qeyd olunur ki, ötən ilin oktyabrın 6-dan AZAL Bakıdan Naxçıvana sərnişin reyslərinin həyata keçirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.
"Bildiririk ki, 2021-ci il oktyabrın 6-dan dekabrın 31-dək "Armaeronaviqasiya" tərəfindən AZAL-a aeronaviqasiya xidmətlərinin göstərilməsi üçün şirkət EUROCONTROL beynəlxalq təşkilatının mərkəzi marşrut haqları üzrə ofisi vasitəsi ilə 31 901,77 avro ödəyib", - məlumatda deyilir.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...