“AZAL-Miles” proqramının iştirakçılarına bonus xallarının etibarlılıq müddəti uzadılacaq

“AZAL-Miles” proqramının iştirakçılarına bonus xallarının etibarlılıq müddəti uzadılacaq
Sosial 138

COVID-19 koronavirus infeksiyasının sürətlə yayılması və əksər istiqamətlər üzrə uçuşların məhdudlaşdırılması ilə bağlı yaranmış gözlənilməz vəziyyəti nəzərə alaraq “Azərbaycan Hava Yolları” “AZAL-Miles” proqramının iştirakçılarına bonus ballarının etibarlılıq müddətini ən azı bu ilin sonunadək uzadacaq.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, ballarının etibarlılıq müddəti bu il bitməli olan proqram iştirakçıları 2021-ci ilin yanvarın 1-dək ballardan istifadə edə biləcəklər. Bu qayda həm aviabiletlərə dəyişdirilə bilən səyahət ballarına, həm də Gold və Platinum elit səviyyələrinin status ballarına şamil olunur.

Müvafiq bildiriş bütün proqram iştirakçılarına fərdi olaraq elektron poçt vasitəsilə göndəriləcəkdir.

"AZAL-Miles" - “Azərbaycan Hava Yolları” QSC-nin tez-tez uçan sərnişinləri üçün nəzərdə tutulmuş proqramdır. İştirakçılar AZAL və “Buta Airways” aviaşirkətləri tərəfindən yerinə yetirilən uçuşlar üçün ballar toplaya və sonra onları AZAL-ın mükafatlandırıcı aviabiletlərinə dəyişə və yaxud xidmət sinfinin yüksəldilməsi üçün istifadə edə bilərlər. Yetərli sayda status balları topladıqdan sonra Gold və Platinum statusuna sahib olan iştirakçılar hava limanının biznes zal xidmətinə giriş, əlavə baqaj və s. kimi üstünlüklərdən faydalana bilərlər. Daha ətraflı məlumat aviaşirkətin saytında yerləşdirilmişdir: www.miles.azal.az. “AZAL-Miles” proqramı ilə bağlı suallarınızı müştəri xidmətlərinə azalmiles@azal.az elektron poçt ünvanı və yaxud saytımızdakı əks əlaqə forması vasitəsilə yönləndirə bilərsiniz.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident nazir Sahil Babayevi qəbul edib

Prezident nazir Sahil Babayevi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...

13649 Sosial 16:25 16 mart 2020

Son xəbərlər