AZAL-ın yaranmasından 33 il ötür

Azərbaycanın ən böyük, milli aviadaşıyıcısı AZAL-ın yaranması günüdür.
BAKU.WS xəbər verir ki, AZAL 7 aprel 1992-ci ildə təsis edilib və ölkənin müstəqillik əldə edildikdən sonra yaradılan ilk milli aviaşirkətidir.
AZAL-ın İdarə Heyətinin (İH) tərkibi-prezident, birinci vitse-prezident və vitse-prezidentlərindən ibarətdir.
Aviaşirkətin baza hava limanı, Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı şəhərindən 20 km şimal-şərqdə yerləşir. Şirkət Avropa, MDB, Şimali Amerika, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımalarını həyata keçirir.
Azərbaycan Prezidenti İlham Əliyevin 30 mart 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verilib.
1996-cı ildə "Azərbaycan Hava Yolları" dövlət konserninin tərkibində "Azəraeronaviqasiya" hava hərəkətinin idarəedilməsi mərkəzi yaradılıb. Bir il sonra yəni, 1997-ci ildə "Azərbaycan Hava Yolları"-nın tərkibində AZALOIL müəssisəsi yaradılıb. 1999-cu ildə Bakı hava limanında yeni beynəlxalq terminal açılıb.
2000-ci ildə "Azərbaycan Hava Yolları" ilk Boeing 757-200 tipli təyyarələr alıb. 2004-cü ildə ölkə Prezidenti İlham Əliyevin qərarı ilə "Binə" hava limanı "Heydər Əliyev Beynəlxalq Aeroportu" adlandırılıb.
2004-cü ildə Naxçıvan şəhərindəki hava limanı beynəlxalq hava qovşağı statusu alıb. 2005-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni yük terminalı (Baku Cargo Terminal) açılmışdır.
2008-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "AZAL" dövlət konserninin yenidən təşkili yolu ilə "Azərbaycan Hava Yolları" QSC yaradılmışdır.
2014-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksi (Terminal 1) istifadəyə verilib.
2014-cü ildə "Azərbaycan Hava Yolları" aviaşirkətinin hava gəmiləri parkına Braziliya istehsalı olan Embraer 190 və Embraer 170 tipli reaktiv təyyarələr əlavə olunmuş və 2017-ci ildə həmin təyyarələr "Azərbaycan Hava Yolları" aviaşirkətinin törəmə müəssisəsi olan "Buta Airways" aşağıbüdcəli aviaşirkətinə verilmişdir.
2014-cü ildə "Azərbaycan Hava Yolları" Bakıdan Nyu-Yorka müntəzəm transatlantik uçuşlar yerinə yetirməyə başlamışdır. 2015-ci ildə Britaniyanın "Skytrax" konsaltinq şirkəti tərəfindən Azərbaycanın milli aviadaşıyıcı "4 ulduz" reytinqinə layiq görülmüşdür.
2016-cı ildə AZAL QSC-nin tərkibində Embraer tipli hava gəmilərindən ibarət Azərbaycanın ilk aşağı büdcəli Buta Airways aviaşirkəti yaradılmışdır.
2018-ci ildə "Skytrax" şirkətinin versiyasına görə "Azərbaycan Hava Yolları" aviaşirkəti Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət adlandırılmışdır.
2018-ci il iyun ayından Heydər Əliyev Beynəlxalq Aeroportunda "Azəraeronaviqasiya" HHİ-nin nəzdində Azərbaycan Hava Məkanına Nəzarət və Səmərəlilik Mərkəzinin (ASEC) rəsmi açılışı olub.
2021-ci ilin oktyabr ayında Füzuli Beynəlxalq Hava Limanının açılışı baş tutub. 2022-ci ilin oktyabr ayında Zəngilan Beynəlxalq Hava Limanının açılışı baş tutub.
2023-cü il oktyabr ayında Azərbaycan Hava Yolları" və "Buta Airways" sərnişinlərə daha yaxşı xidmət göstərmək məqsədilə vahid brend altında birləşib.
AZAL-ın daşımalar üzrə və digər gəlirləri 2021-ci ildə 491 milyon 750 min manat ikən, 2022-ci ildə 1 milyard 149 milyon 954 min manata yüksəlib (658 milyon 204 min manat və ya 2,3 dəfə artıb).
Həmçinin 2022-ci il üzrə AZAL dövlətdən 108 milyon 809 min manat subsidiya alıb. Şirkət 2021-ci ildə dövlətdən 98 milyon 909 min manat subsidiya almışdı.
2022-ci ildə AZAL-ın cəmi əməliyyat gəlirləri 1 milyard 298 milyon 578 min manat, cəmi əməliyyat xərcləri 1 milyard 40 milyon 625 min manat, cəmi əməliyat mənfəəti 257 milyon 953 min manat olub.
Oxşar xəbərlər
Nəsimidə sakinləri təngə gətirən YOL PROBLEMİ
Nəsimi rayonu, Hənifə Ələsgərov, 11 ünvanında yaşayan sakinlər yol problemindən şikayətçidirlər. Onların sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara mü...
